Naxçıvan Ali Məhkəməsinə təyinat olacaq

Naxçıvan Ali Məhkəməsinə təyinat olacaq
  28 Dekabr 2017    Oxunub:1390
Milli Məclisin sabah keçiriləcək iclasında Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakiminin təyin edilməsi məsələsinə baxılacaq.
AzVision.az xəbər verir ki, iclasda Qabil Nemət oğlu Məmmədovun yenidən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin olunacağı gözlənilir.

Qeyd edək ki, Qabil Nemət oğlu Məmmədov 2010-cu ildə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakimi təyin olunub. Onun səlahiyyət müddəti 2018-ci ilin yanvarın 22-də başa çatır.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Naxçıvan  





Xəbər lenti