Prezident üç nəfərə “Dostluq” ordeni verdi

Prezident üç nəfərə “Dostluq” ordeni verdi
  28 Dekabr 2017    Oxunub:1538
Prezident İlham Əliyev Marianna Vardinoyannisin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
AzVision.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan və Yunanıstan xalqları arasında dostluq əlaqələrinin inkişafındakı xidmətlərinə görə Marianna Vardinoyannis “Dostluq” ordeni ilə təltif edilib.

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan və Qazaxıstan xalqları arasında dostluq əlaqələrinin inkişafındakı xidmətlərinə görə Darxan Kyandıkulı Kıdırəli və Azərbaycan və İsrail xalqları arasında dostluq əlaqələrinin inkişafındakı xidmətlərinə görə Robert Viktoroviç İlatov “Dostluq” ordeni ilə təltif ediliblər.

AzVision.az




Teqlər: İlham-Əliyev   Prezident.Sərəncam  





Xəbər lenti