Bu il Bakıya hansı ölkələrin rəhbərləri gəlib? - RƏSMİ

Bu il Bakıya hansı ölkələrin rəhbərləri gəlib? - RƏSMİ
  28 Dekabr 2017    Oxunub:2225
13 ölkənin prezidenti və dövlət başçısı bu il Azərbaycana gəlib

AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) 2017-ci ilin yekunlarına dair mətbuat buraxılışında qeyd olunub. Bildirilib ki, Qazaxıstan, Moldova, Türkmənistan, Bolqarıstan prezidentləri, Bosniya və Hersoqovinanın rəyasət heyətinin sədri rəsmi səfərlə, Əfqanıstan prezidenti isə işgüzar səfərlə Azərbaycanda olub.
Makedoniya, Monteneqro, Albaniya, Gürcüstan, Latviya dövlət başçıları V Bakı Qlobal Forumunda, Mali prezidenti IV Ümumdünya mədəniyyətlərarası dialoq forumunda, Türkiyə prezidenti Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimi və Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında Yüksək səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak etmək məqsədilə ölkəmizə səfər ediblər. Qazaxıstan, Gürcüstan və Özbəkistanın Baş nazirləri Bakı-Tbilisi-Qars dəmir yol xəttinin açılış mərasimində iştirak etmək üçün Azərbaycanda səfərdə olublar.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: XİN   Səfər  





Xəbər lenti