19 ölkənin XİN rəhbəri Azərbaycanda səfərdə olub

  28 Dekabr 2017    Oxunub : 710
19 ölkənin XİN rəhbəri Azərbaycanda səfərdə olub
Ötən il 19 ölkənin xarici işlər naziri Azərbaycana rəsmi və işgüzar səfərlərə gəlib. AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) 2017-ci ilin yekunlarına dair mətbuat buraxılışında bildirilib.
“İl ərzində Qətər, Gürcüstan, Latviya, Cibuti, Birləşmiş Ərəb Əmirlikləri, Estoniya, Kolumbiya, Laos, Kosta-Rika, Boliviya, Ukrayna, Polşa, Monteneqro, Braziliya və Rusiya xarici işlər nazirləri ölkəmizdə rəsmi səfərdə olub. Türkiyə, Əfqanıstan, İran, Pakistan xarici işlər nazirləri, Hindistan Hökumətinin xarici işlər üzrə Dövlət naziri işgüzar səfər ediblər”, - deyə mətbuat buraxılışında qeyd olunub.

Vurğulanıb ki, xarici işlər naziri Elmar Məmmədyarov 15 ölkəyə rəsmi və işgüzar səfərə gedib: “Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarov Rusiya Federasiyasına rəsmi və işgüzar, Polşa, Malta, İtaliya, Litva, Kolumbiya, Kosta Rika, Macarıstan, Vyetnam, Laos, İsveç, Efiopiyaya rəsmi, Qazaxıstan, ABŞ və Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərləri olub. Sözügedən səfərlər nəticə yönümlü xarakter daşıyaraq ikitərəfli siyasi, iqtisadi, ticarət, humanitar əlaqələrin inkişafı, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və müqavilə-hüquq bazasının genişləndirilməsinə təkan verib”.

Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: XİN