Bayram günlərində avtobus problemi olmayacaq

Bayram günlərində avtobus problemi olmayacaq
  28 Dekabr 2017    Oxunub:1983
Bayram tətili günlərində müntəzəm marşrut xətləri üzrə avtobuslar adi günlərdə olduğu kimi sərnişinlərə xidmət edəcək.
Bu barədə AzVision.az-a Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə Əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev deyib.

Onun sözlərinə görə, əhalinin bayram tətili günlərində rahat şəkildə sərnişin avtobuslarından istifadəsini təmin etmək məqsədi ilə BNA daşıyıcılara məktub ünvanlayıb.

“Qeyri-iş günləri olmasına baxmayaraq, BNA növbəli sistemdə işini davam etdirəcək. Bayram günlərində marşrut şəbəkəsinə nəzarət təmin ediləcək. Adətən belə bayramda əhali dincəlmək üçün daha çox şəhərdən kənara getdiyi üçün marşrut şəbəkəsində sərnişin sıxlıq olmur”.

Aytən Zəhra
AzVision.az


Teqlər: BNA  





Xəbər lenti