ATƏT: Əliyev və Sarkisyanın görüşü vacibdir
Bunu ATƏT-ə müsahibəsində bu təşkilatın fəaliyyətdə olan sədrinin Cənubi Qafqazda xüsusi nümayəndəsi Günrter Baxler deyib.
“Ötən il Almaniyanın sədrliyi dövründə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəliyinin monitorinq missiyasını gücləndirmək ideyasını hazırladıq. Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburqda keçirilən görüşündə bu məsələ razılaşdırılıb. Ancaq hələ reallaşdırılmayıb. Bu təmas xəttində və Azərbaycanla Ermənistanın dövlət sərhədində monitorinq üzrə kiçik qrupla bağlıdır. Biz onların sayının 6-dan 13-dək artırılmasını düşünürük. Bu konsepsiya Avstriyanın sədrliyi ilə hazırlanıb və 2018-ci ildə həyata keçəcəyi real görünür. Biz atəşkəsin pozulması mexanizminin araşdırlması ilə bağlı qeyri-rəsmi sənəd tərtib etmişik. Etimadı möhkəmləndirmək üçün bunu da reallaşdırmaq lazımdır”.
G.Baxler qeyd edib ki, 2014-cü ildə İsveçrənin ATƏT sədrliyi müddətində strukturlaşdırılmış danışıqlar prosesi üçün qeyri-rəsmi sənəd hazırlanmışdı. Bu sənəd münaqişə tərəflərinə təqdim edilib və danışıqlar prosesində istifadə oluna bilər. (Trend)
AzVision.az
Teqlər: ATƏT Azərbaycan Ermənistan