Bakıda 7 avtomobil oğurlanıb

  29 Dekabr 2017    Oxunub : 306
Bakıda 7 avtomobil oğurlanıb

Sabunçu Rayon Polis İdarəsi 13-cü Polis Bölməsinin əməkdaşları tərəfindən paytaxt ərazisində avtomobilləri qaçıran, həmin nəqliyyat vasitələrini sökərək ehtiyat hissələri şəklində satan şəxslərə qarşı növbəti əməliyyat tədbiri həyata keçirilib.

Daxil İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, Bakıxanov qəsəbəsi sakini Emin Qurbanov bölməyə ərizə verərək edərək ona məxsus “VAZ 2107” markalı avtomobilin naməlum şəraitdə qaçırıldığını bildirib. Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Amin Ramazanov saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxsin paytaxtın Xətai, Suraxanı və Nizami rayonlarında da analoji cinayətlər törətməsi, ümumilikdə 7 avtomaşını qaçırdığı məlum olub. A.Ramazanov ifadəsində həmin nəqliyyat vasitələrinin akkumlyatorlarını və digər hissələrini sökərək satdığını bildirib.

Qeyd edilən faktlarla bağlı İdarədə cinayət işləri başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.

AzVision.az

Teqlər: DİN