Azərbaycanda hakim ömürlük vəzifə təyinatı aldı

Azərbaycanda hakim ömürlük vəzifə təyinatı aldı
  29 Dekabr 2017    Oxunub:2921
Milli Məclisin bu gün keçirilən plenar iclasında Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakiminin təyin edilməsi məsələsinə baxılıb.
AzVision.az xəbər verir ki, iclasda Qabil Nemət oğlu Məmmədovun yenidən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin olunub.

Qeyd edək ki, Qabil Nemət oğlu Məmmədov 2010-cu ildə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakimi təyin olunub. Onun səlahiyyət müddəti 2018-ci ilin yanvarın 22-də başa çatır.

Əli hüseynli bildirib ki, bu təyinat ömürlük dəyərləndiriləcək.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Milli-Məclis  





Xəbər lenti