“ASAN Viza” sistemi ilə çoxdəfəlik elektron vizalar veriləcək

“ASAN Viza” sistemi ilə çoxdəfəlik elektron vizalar veriləcək
  29 Dekabr 2017    Oxunub:1593
“ASAN Viza” sistemi vasitəsilə çoxdəfəlik elektron vizalar veriləcək.
AzVision.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar icalsında Miqrasiya Məcəlləsinə dəyişiklik layihəsi müzakirə olunub.

Məcəllənin qüvvədən olan 38-ci (Elektron vizalar) maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər “ASAN Viza” sistemi vasitəsilə elektron viza ala bilərlər. Elektron qaydada verilən birdəfəlik vizada ölkədə qalma müddəti 30 günədək müəyyən edilir. Bəndə edilən əlavəyə əsasən, çoxdəfəlik vizada 90 gün müəyyən edilir.

Layihədə qeyd olunub ki, Miqrasiya Məcəlləsinin 38-ci maddəsi ölkəyə gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə “ASAN Viza” sistemi vasitəsilə elektron viza alma imkanı verir. Məcəllənin hazırki tələbinə görə elektron qaydada viza birdəfəlik verilir və ölkədə qalma müddəti 30 günədək müəyyən edilir.

Mövcud məcəlləyə görə viza əsasında Azərbaycana gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti vizada göstərilən qalma müddətindən, viza tələb olunmayan qaydada Azərbaycana gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin isə ölkədə müvəqqəti olma müddəti, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, 90 gündən artıq ola bilməz.

Layihəyə görə “ASAN Viza” sistemi vasitəsilə çoxdəfəlik elektron vizalar veriləcək.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: ASAN-Viza  





Xəbər lenti