Bayramda avtobuslar gecə 1-ə kimi işləyəcək

Bayramda avtobuslar gecə 1-ə kimi işləyəcək
  29 Dekabr 2017    Oxunub:2062
Bakı Nəqliyyat Agentliyi bayram günlərində sərnişin axınına uyğun olaraq marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına əməl olunması, təhlükəsizlik qaydalarına riayət edilməsi, həmçinin sürücülərin müvafiq sərnişindaşıma və yol hərəkəti qaydalarına əməl etmələri barədə lazımi tədbirlərin görülməsi, o cümlədən avtobusların istehsalat bazalarından reysə çıxmalarının təmin edilməsi ilə bağlı daşıyıcılara göstəriş verib.
Bu barədə AzVision.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib. BNA-nın göstərişinə əsasən bayram tədbirləri ilə əlaqədar müntəzəm marşrut xətləri üzrə avtobuslar 31.12.2017; 01.01.2018; 02.01.2018-cı il tarixlərində gecə saat 01:00-ə qədər xidmət göstərəcək.

Aytən Zəhra
AzVision.az


Teqlər: BNA   avtobus  





Xəbər lenti