İnqilabi qərar: İranda qadınlara geyim azadlığı verilir

İnqilabi qərar: İranda qadınlara geyim azadlığı verilir
  30 Dekabr 2017    Oxunub:9443
İranda İslam qaydalarına uyğun geyinməyən qadınlar artıq həbs edilməyəcək.

AzVision.az xəbər verir ki, bu barədə Tehranın polis rəisi general Hüseyn Rahim açıqlama verib. Onun sözlərinə görə, qaydalara uyğun geyinməyən qadınlar məcburi qaydada mühazirəyə dəvət olunacaqlar.
General bildirib ki, həmin qadınlar təcridxanaya aparılmayacaq, barələrində iş qaldırılmayacaq. Bunun əvəzində təbliğat aparılacaq.

Əxlaq polisi tərəfindən təşkil olunan mühazirələrdə qaydanı pozanlara İslam qaydası ilə geyinməyin faydaları və mənəvi dəyərləri haqqında danışılacaq. Polis bu məsələni zor gücü ilə deyil, təbliğat yolu ilə həll etməyə çalışacaq.

Qeyd edək ki, İranda qadınlara qarşı geyim qadağası 1979-cu il inqilabından sonra tətbiq olunub.

AzVision.az


Teqlər: İran  





Xəbər lenti