Sürücüləri narahat edən cərimə ləğv edildi

Sürücüləri narahat edən cərimə ləğv edildi
  30 Dekabr 2017    Oxunub:4050
Azərbaycan Prezidenti İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.

Məcəllənin 342-ci (Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması) maddəsinin 342.1.2-ci bəndi çıxarılıb.
İnzibati Xətalar Məcəlləsinin 342.1.2 maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirak etməyə görə 40 manat cərimə nəzərdə tutulmuşdu.

Qeyd edək ki, sürücülərin avtomobildə olan sərnişinlərlə söhbət etdikləri üçün inzibati məsuliyyətə cəlb etməsi halları geniş müzakirələrə və narazılığa səbəb olmuşdu.

AzVision.az


Teqlər: Sürücü   Cərimə   Məcəllə  





Xəbər lenti