Tramp iranlılara dəstək verdi: "Dünya izləyir!"

Tramp iranlılara dəstək verdi: "Dünya izləyir!"
  30 Dekabr 2017    Oxunub:1672
ABŞ prezidenti Donald Tramp İrandakı hökumət əleyhinə keçirilən aksiyaları dəstəkləyib.
AzVision.az xəbər verir ki, Tramp bu barədə fikirlərini “Twitter” səhifəsində bildirib.

“Xaricdə terrorizmi maliyyləşdirmək məqsədilə ölkə sərvətlərini talayan və korrupsiya rejimindən bezən İran vətəndaşlarının dinc aksiyaları barədə xeyli məlumatlar var. İran hökuməti özünüifadə hüququ da daxil olmaqla, ölkə vətəndaşlarının hüquqlarına hörmət etməlidir. Dünya izləyir!, - deyə Tramp “Twitter”-də yazıb.



Qeyd edək ki, dünən İranda bahalaşmağa etiraz əlaməti olaraq aksiyalar keçirilib. Dekabrın 28-də Məşhəd və digər şəhərlərdə keçirilən etiraz aksiyaları ilə bağlı 52 nəfərin saxlanıldığı bildirilib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Tramp   İran  





Xəbər lenti