Düşmən il ərzində atəşkəsi 40 732 dəfə pozub

Düşmən il ərzində atəşkəsi 40 732 dəfə pozub
  31 Dekabr 2017    Oxunub:2185
2017-ci il ərzində erməni silahlı bölmələri atəşkəs rejimini 40 732 dəfə pozub.
AzVision.az-ın Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, atəşkəsin pozulma halı daha çox avqust ayında qeydə alınıb.

Düşmən yanvarda 1063, fevralda 1266, martda 3964, apreldə 3592, mayda 3756, iyunda 3883, iyulda 4065, avqustda 4093, sentyabrda 3802, oktyabrda 3519, noyabrda 3722, dekabrda isə 4007 dəfə cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlar və qumbaraatanlardan istifadə etməklə Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.

Silahlı Qüvvələrin Ağdam, Füzuli, Cəbrayıl, Tərtər, Xocavənd, Goranboy, Qazax, Gədəbəy, Tovuz, Göygöl və Ağstafa rayonlarında yerləşən mövqeləri erməni silahlı bölmələrinin atəşinə məruz qalıb.

İl ərzində bütün cəbhə boyu əməliyyat şəraiti Azərbaycan Ordusunun tam nəzarəti altında olub.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Cəbhə   Atəşkəs   Təxribat   Müdafiə-Nazirliyi  





Xəbər lenti