Gəncə uşaq evində bayram tədbiri keçirilib - Fotolar

Gəncə uşaq evində bayram tədbiri keçirilib - Fotolar
  31 Dekabr 2017    Oxunub:3404
Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Gəncə Uşaq Evində "31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni il” münasibəti ilə bayram şənliyi təşkil edilib.
AzVision.az xəbər verir ki, tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, rəsmi qonaqlar və şəhər ictimaiyyəti iştirak edib.



Uşaq evinin sakinləri tədbiri “Maşanın bayram sevinci” adlı səhnəciklə açıblar. Şaxta Baba və Qar Qızın şənliyə qatılmalarına sevinən uşaqlar, onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri İlham Əliyevə, Birinci Vitse Prezident Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildiriblər. Milli geyimli balaca fidanlar müxtəlif xalq mahnılarının sədaları altında rəqs ediblər. Bayram şənliyində kimsəsiz və valideyn himayəsindən məhrum olan uşaqlar hazırladıqları proqramla şənlik iştirakçılarına xoş anlar bəxş ediblər.

Bayram tədbirindən sonra kimsəsiz və valideyn himayəsindən məhrum olan uşaqlara ziyafət süfrəsi açılıb.





AzVision.az


Teqlər: Gəncə  





Xəbər lenti