Həmrəylik Günü Küveytdə qeyd edilib - Fotolar

  31 Dekabr 2017    Oxunub : 1061
Həmrəylik Günü Küveytdə qeyd edilib - Fotolar
31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Küveytdə yaşayan, işləyən, təhsil alan həmvətənlərimizi özündə birləşdirən “Vətənsevər Dostluq Çəmiyyəti”nin, həmçinin ölkə ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə paytaxt əl-Küveyt şəhərində bayram tədbiri keçirilib.
Azərbaycanın Küveytdəki səfirliyindən AzVision.az-a verilən məlumata görə, öncə tədbir iştirakçılarına Azərbaycan Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə dünya azərbaycanlılarına ünvanladığı müraciət oxunub.

Daha sonra tədbir iştirakçılarına Həmrəylik Gününün yaranma tarixi və bu şərəfli tarixin yaradıcısı Ümummilli Lider Heydər Əliyevin xidmətləri barədə ətraflı məlumat verilib.

Tədbirdə Azərbaycanın müstəqillik əldə etməsinin dünya azərbaycanlılarının milli qürurunun inkişafına böyük təkan verməsi, həmçinin milli dirçəlişin güclənməsinə tələbatın daha da artdığı bir dövrdə Azərbaycan Prezidentinin fərmanı ilə 31 dekabr tarxinin Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edilməsinin əhəmiyyəti qeyd olunub.

Tədbirin sonunda bayram ziyafəti verilib.




AzVision.az

Teqlər: Küveyt