"Azərbaycan özünü etibarlı tərəfdaş kimi göstərir" - Prezident

"Azərbaycan özünü etibarlı tərəfdaş kimi göstərir" - Prezident
  01 Yanvar 2018    Oxunub:1295
Bizim beynəlxalq əlaqələrimiz 2017-ci ildə daha da genişləndi. Bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı gündən-günə artır. Azərbaycan dünyada özünü ləyaqətli və etibarlı tərəfdaş kimi göstərir. Qonşu ölkələrlə əlaqələrimiz daha yüksək pilləyə qalxmışdır. Bu əlaqələr hər bir ölkə üçün çox önəmlidir. Bizim üçün də bütün qonşularımızla qarşılıqlı hörmət əsasında dostluq əlaqələrimiz regional sabitliyə müsbət təsir göstərir.
Bu fikirləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində səsləndirib.

Prezident İlham Əliyev deyib ki, Azərbaycan 2017-ci ildə İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal iştirak edib və İslam həmrəyliyinin inkişafına, güclənməsinə öz dəyərli töhfəsini vermişdir. 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunmuşdur və bu il ərzində həm ölkə daxilində, həm xaricdə bir çox önəmli tədbirlər keçirilmişdir. Eyni zamanda, Avropa İttifaqı ilə əlaqələrimiz yeni pilləyə qalxıb, yeni saziş üzərində danışıqlar başlamışdır. 2016-cı ildə Azərbaycanda “Multikulturalizm İli” elan olunmuşdur. Azərbaycan dinlərarası, mədəniyyətlərarası dialoqun inkişafında öz dəyərli rolunu oynayır və hesab edirəm ki, dünya miqyasında bu sahədə mərkəzlərdən birinə çevrilmişdir.

Dövlətimizin başçısı vurğulayıb ki, xarici tərəfdaşlarla əlaqələrimiz Azərbaycanın dünya miqyasında çox müsbət imicinin və reputasiyasının olduğunu bir daha göstərir.

AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident  





Xəbər lenti