Masallıda ikimərtəbli evdə yanğın olub

Masallıda ikimərtəbli evdə yanğın olub
  01 Yanvar 2018    Oxunub:1322
Masallı rayonu, Kalinovka kəndində hər mərtəbəsi 160 m2 olan ikimərtəbəli 4 otaqlı evin 1-ci mərtəbəsində 1 otağın, mətbəxin, dəhlizin yanar konstruksiyaları 130 m2 sahədə, 2-ci mərtəbədə 2 otağın, dəhlizin və dam örtüyünün yanar konstruksiyaları 160 m2 sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti