Ruhani söz verdi: "Problemlər həll ediləcək"

Ruhani söz verdi: "Problemlər həll ediləcək"
  01 Yanvar 2018    Oxunub:2530
İran prezidenti Həsən Ruhani ölkədə iqtisadi problemləri həll etmək üçün səylərini artıracağını bildirib.
Ruhani hökumətin ölkədə havanın çirklənməsi, inflyasiya və işsizlik məsələləri, həmçinin iqtisadi problemləri həll etmək üçün səyləri ikiqat artıracağını deyib.

İranda cümə axşamı günündən etiraz aksiyaları keçirilir. İğtişaşlar ölkənin əhali sayına görə ikinci böyük şəhəri Məşhəddə başlayıb.

AzVision.az


Teqlər: İran   Prezident  





Xəbər lenti