“WTI” bahalaşdı, “Brent” isə ucuzlaşdı – Neftin qiyməti

“WTI” bahalaşdı, “Brent” isə ucuzlaşdı – Neftin qiyməti
  03 Yanvar 2018    Oxunub:1631
Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.
AzVision.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,01 dollar və ya 0,02% artaraq 60,38 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,01 dollar və ya 0,02% azalaraq 66,56 dollar olub.

AzVision.az



Teqlər: Neft  





Xəbər lenti