Naxçıvanda Ombudsmana 25 şikayət daxil olub

Naxçıvanda Ombudsmana 25 şikayət daxil olub
  03 Yanvar 2018    Oxunub:1669
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)muxtar respublikada vətəndaşların hüquq və azadlıqlarının müdafiəsinə yönəlmiş tədbirləri 2017-ci ildə də davam etdirib. 2017-ci ildə Müvəkkilin ünvanına yazılı, şifahi və elektron formada 85 müraciət daxil olub. Daxil olan müraciətlərin 25-ni şikayətlər, 60-nı isə ərizələr təşkil edib.
AzVision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2017-ci ildə fəaliyyəti haqqında illik məruzəsində qeyd olunub.

Bildirilib ki, qanunun tələblərinə müvafiq olaraq şikayətlərin Müvəkkilin səlahiyyətlərinə aid olmaması, ərizəçinin hüquqlarının pozulduğu gündən 1 il müddətin ötməsi, şikayətlə bağlı məhkəmə icraatının aparılması, təkrar təqdim edilmiş şikayətdə yeni məlumat, fakt və sübutların olmaması səbəbindən 4 şikayətə baxılmasından imtina edilib. 21 müraciət baxılmaq üçün icraata qəbul edilib, onlardan 5-i təmin edilib. 16 şikayətə baxılması zamanı isə hüquq pozuntusu aşkar edilməyib.

Müraciətlərə qanunla müəyyən edilmiş müddətlərdə baxılıb və daxil olan müraciətlər cavablandırılıb.

AzVision.az


Teqlər: Naxçıvan   Ombudsman  





Xəbər lenti