Ötən il Naxçıvanda 5 məhkumun cəzası yüngülləşdirilib

Ötən il Naxçıvanda 5 məhkumun cəzası yüngülləşdirilib
  03 Yanvar 2018    Oxunub:2046
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təşəbbüsü ilə 2017-ci ildə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin tabeliyində olan cəzaçəkmə müəssisələrində 1 məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilib, 5 məhkumun cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilib.
AzVision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2017-ci ildə fəaliyyəti haqqında illik məruzəsində qeyd olunub.

Bildirilib ki, ümumilikdə, 2017-ci il ərzində cəzaçəkmə müəssisələrində cəza çəkən 6 məhkum barəsində humanist tədbirlər tətbiq edilib.

2017-ci ildə Müvəkkil preventiv mexanizm yurisdiksiyasının şamil olunduğu orqanlar üzrə, ümumilikdə, 31 müəssisədə mütəmadi olaraq və əvvəlcədən xəbərdarlıq edilmədən 107 başçəkmə həyata keçirilib, preventiv mexanizmin fəaliyyəti ilə bağlı maarifləndirmə tədbirlərində 1870 nəfər iştirak edib.

AzVision.az


Teqlər: Naxçıvan   Məhkum  





Xəbər lenti