Bayramda Avtovağzaldan nə qədər sərnişin daşınıb?

Bayramda Avtovağzaldan nə qədər sərnişin daşınıb?
  04 Yanvar 2018    Oxunub:1472
Bakı Beynəlxalq Avtovağzal Kompleksi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar dekabrın 25-dən yanvarın 4-dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.
Bu barədə AzVision.az-a Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat xidmətinin rəhbəri Yaşar İsakov deyib.

Onun sözlərinə görə, bayram ərəfəsində ən çox sərnişin sıxlığı 30 dekabrda olub: “Həmin gün təxminən 18 minə qədər sərnişin daşınıb. Nəzərə çatdıraq ki, hazırda avtovağzal gücləndirilmiş iş rejimində çalışır. Bayramdan sonrakı günlərdə gün ərzində təxminən 11-12 min sərnişin daşınıb”.

Y.İsakov qeyd edib ki, keçən illərlə müqayisədə onlayn bilet satışında aktivlik müşahidə olunub: “Təyin edilmiş qrafiklər üzrə qabaqcadan bilet satışının təxminən 40 faizini onlayn qaydada satış təşkil edib”.

Aytən Zəhra
AzVision.az




Teqlər: Bakı-Avtovağzalı  





Xəbər lenti