Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti dəyişdi

  04 Yanvar 2018    Oxunub : 1963
Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti dəyişdi

Azərbaycanın Avropa ŞurasıParlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin tərkibində dəyişiklik edilib.

AzVision.az-ın məlumatına görə, deputatlar Elxan Süleymanov, Müslüm Məmmədov və Elşən Musayev Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin tərkibindən çıxarılıb. Onların yerinə deputat həmkarları Elşad Həsənov, Ülviyyə Ağayeva və Asim Mollazadə təyin olunub.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin yeni tərkibi belədir: Səməd Seyidov (sədr), Vüsal Hüseynov, Elşad Həsənov, Ülviyyə Ağayeva, Asim Mollazadə, Rövşən Rzayev, Qənirə Paşayeva, Sabir Hacıyev, , Fazil Mustafa, Sahibə Qafarova, Sevinc Fətəliyeva, Rəfael Hüseynov.

Anar Kəlbiyev
AzVision.az

Teqlər: AŞPA   Azərbaycan