“The Guardian”: Trampın qızı ABŞ prezidenti olmaq istəyir

  04 Yanvar 2018    Oxunub : 2719
“The Guardian”: Trampın qızı ABŞ prezidenti olmaq istəyir
Jurnalist-yazıçı Maykl Vulf müəllifi olduğu “Od və Qəzəb. Trampın Ağ Evində” adlı kitabında qeyd edib ki, ABŞ prezident Donald Trampın qızı İvanka bu ölkənin tarixində ilk qadın prezident olmaq niyyətindədir.

AzVision.az xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.
Məlumata əsasən, İvanka və həyat yoldaşı onlardan birinin prezident postuna namizəd olacağı barədə razılığa gəliblər. Onların məhz buna görə Donald Trampın Prezident Administrasiyasının bir hissəsi olmağa razılıq verdikləri bildirilir.

“Cütlük öz aralarında razılaşıb: Əgər gələcəkdə imkan olsa, o (İvanka) prezidentliyə namizəd olacaq”, - deyə kitabda bildirilib.

Kitabda, həmçinin qeyd olunub ki, Trampın sabiq müşaviri Stiven Bennon bu razılaşmanı eşidəndə “dəhşətə” gəlib.



Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: ABŞ   Tramp   İvanka