“Bu şəhərdə”nin biletləri müəllimlərə məcburi satılıb? - Açıqlama

  04 Yanvar 2018    Oxunub : 5539
“Bu şəhərdə”nin biletləri müəllimlərə məcburi satılıb? - Açıqlama

Sosial şəbəkələrdə “Bu şəhərdə”nin Lənkəranda keçirilən konsert proqramına biletlərin müəllimlərə məcbur satılması ilə bağlı məlumatlar yayılıb.

AzVision.az məsələyə aydınlıq gətirmək üçün "Bu şəhərdə" layihəsinin rəhbəri Müşfiq Abbasovla əlaqə saxlayıb. O, açıqlamasında məlumatları təkzib edib.

“Avara insanlar çoxdur. Sosial şəbəkələrdə boş-boş, ağızlarına nə gəldi yazırlar. Əsas odur ki, biz hər zaman müzakirə olunuruq. Vay o gündən ki, biz müzakirədən düşək. O zaman biz yoxuq. Yaxşı və ya pis yazırlar, fərqi yoxdur. Kaş ki, hamı bizdən yazsın. Mən belə başa düşdüm ki, ölkədə gündəmdə olan xəbər budur. Bu, məni çox sevndirir. Bəli, biz müzakirə olunuruq.

Ümumiyyələ qeyd edim ki, bilet satışına biz baxmırıq. Həm də nəyə görə bilet məcburi satılsın? Halbuki, insanlar konsertə bilet tapa bilmirlər. Belə tələbat varsa, məcburiyyət nəyə lazım?! Məntiq lazımdır. Bu gün saat 3-də Lənkəranda konsertimiz var. Hətta Masallıdan gəlib bilet almaq istəyənlər var. Ancaq onlar bilet tapa bilmirlər. Gözləyirlər ki, kimsə bileti qaytarsın, onlar da alsınlar” - M.Abbasov qeyd edib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Bu-şəhərdə   Lənkəran