Füzulinin oğlu Fəzlinin şeirləri tapılıb

Füzulinin oğlu Fəzlinin şeirləri tapılıb
  04 Yanvar 2018    Oxunub:4247
Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov Ankara Milli Kitabxanasında Məhəmməd Füzulinin oğlu Fəzlinin iki qəzəlini, bir təkbeytini, iki misrasını aşkarlayıb.
Əlyazmalar İnstitutundan AzVision.az-a verilən məlumata görə, mənbələrdə qeyd olunur ki, Fəzli Kərbəlada doğulub, mədrəsə təhsili görüb, ərəb, fars və Azərbaycan dillərində şeirlər yazıb.

Lakin şairin divanı bizə gəlib çatmayıb. Müasirləri onun müəmma janrında şeirlər yazdığını, mənzum tarix söylədiyini bildiriblər. İnstitutdan əlavə ediblər ki, Fəzlinin yeni tapılmış şeirləri əlyazma qaynaqlarında onun yeni əsərlərinin üzə çıxarılacağına ümidləri artırır.



AzVision.az


Teqlər: Məhəmməd-Füzuli   Fəzli  





Xəbər lenti