Cəlilabad sakini 3 kiloqram heroinlə tutuldu

Cəlilabad sakini 3 kiloqram heroinlə tutuldu
  04 Yanvar 2018    Oxunub:1700
Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Pərdi kənd sakini Oqtay Rufullayev saxlanılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran Regional qrupundan AzVision.az-a verilən məlumata görə, onun üzərinə baxış keçirilərkən narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq saxlanılan şəxsin yaşadığı evə də baxış keçirilib. Evin həyətindəki tövlədə gizlədilmiş 2 bükümdə narkovasitə polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülüb.

Onun üzərindən və həyətindəki tövlədən götürülmüş, ekspertizaya təqdim olunan narkotik vasitənin ümumi çəkisi 3 kiloqram 118 qram heroin olması barədə rəy verilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.



AzVision.az


Teqlər: DİN   Cəlilabad   Heroin  





Xəbər lenti