Prezident yol tikintisinə 2 milyon ayırdı

Prezident yol tikintisinə 2 milyon ayırdı
  04 Yanvar 2018    Oxunub:2054
Azərbaycan prezidenti İlham Əliyev Ağdam rayonunun Əfətli–Hacıturalı–Həsənxanlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
AzVision.az-ın məlumatına görə, 5 min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Əfətli–Hacıturalı–Həsənxanlı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 2 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident   Yol   Sərəncam  





Xəbər lenti