Bakı Sağlamlıq Mərkəzi publik hüquqi şəxs oldu

Bakı Sağlamlıq Mərkəzi publik hüquqi şəxs oldu
  05 Yanvar 2018    Oxunub:8283
Nazirlər Kabineti “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişiklik edib.

AzVision.az xəbər verir ki, Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadənin imzaladığı sənədə əsasən Bakı Sağlamlıq Mərkəzinə publik hüquqi şəxs statusu verilib.
Dəyişikliyə əsasən, publik hüquqi şəxs qismində Bakı Sağlamlıq Mərkəzi Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına daxil edilib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Bakı-Sağlamlıq-Mərkəzi   Səhiyyə-Nazirliyi  





Xəbər lenti