Ali məktəblərə “Tədqiqat universiteti” statusu veriləcək

Ali məktəblərə “Tədqiqat universiteti” statusu veriləcək
  05 Yanvar 2018    Oxunub:1540
Nazirlər Kabineti “Ali təhsil müəssisələrinə “Tədqiqat universiteti” statusu verilməsi üçün Tələblər”i təsdiq edib.
AzVision.az xəbər verir ki, Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadənin imzaladığı sənədə əsasən, “Tədqiqat universiteti” statusu aşağıdakı tələblərə uyğun gələn ali təhsil müəssisələrinə verilir:

1. fundamental, tətbiqi və eksperimental elmi tədqiqatların aparılması üçün müvafiq infrastrukturun, elektron kitabxananın, müasir maddi-texniki bazanın və elmtutumlu avadanlıqdan kollektiv (digər ali təhsil müəssisələri) istifadə mərkəzinin mövcudluğu;

2. son bir təqvim ili ərzində beynəlxalq elmmetrik bazalara daxil olan jurnallarda (Web of Science, SCOPUS) respublika üzrə nəşr olunan məqalə sayının azı 10 faizinin ali təhsil müəssisəsinin əməkdaşları tərəfindən nəşr edilməsi;

3. doktorantura səviyyəsində kadr hazırlığı aparılan hər ixtisas üzrə doktorluq dissertasiyalarına rəhbərlik edə bilən ən azı 5 professor və ya dosentin olması;

4. dissertasiya şuralarının (ən azı 1 şura) fəaliyyət göstərməsi;

5. magistratura səviyyəsində ixtisaslaşmaların beynəlxalq akkreditasiyası;

6. ali təhsil müəssisələri tərəfindən anti-plagiat sistemindən istifadə edilməsi;

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Ali-təhsil-müəssisələri  





Xəbər lenti