Bu əşyalar mədəni sərvətlər hesab olunacaq

Bu əşyalar mədəni sərvətlər hesab olunacaq
  05 Yanvar 2018    Oxunub:1752
Nazirlər Kabineti “Sərgi, qastrol səfərləri, bərpa işləri, təqdimat, beynəlxalq mədəniyyət tədbirlərinin keçirilməsi ilə əlaqədar mədəni sərvətlərin müvəqqəti ixracı Qaydası”nda dəyişiklik edib.
AzVision.az xəbər verir ki, Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadənin imzaladığı sənədə əsasən artıq qədim nadir kolleksiyalarla yanaşı, 1960-cı ildən əvvəlki dövrə aid muzey əhəmiyyətli əşyalar (o cümlədən, mebel, musiqi alətləri və s.) Azərbaycan ərazisində bu qaydanın məqsədləri üçün mədəni sərvətlər hesab ediləcək.

Qaydaların indyədək mövcud olan varinatına görə, qədim nadir kolleksiyalar və otuz ildən çox tarixi olan muzey əhəmiyyətli əşyalar (o cümlədən, mebel, musiqi alətləri və s.) Azərbaycan ərazisində bu qaydanın məqsədləri üçün mədəni sərvətlər hesab edilirdi.

Qaydaların indyədək mövcud olan varinatına (3.3-cü bənd) görə, bu qaydanın tələbləri kütləvi istehsal olunan suvenirlərə şamil edilmirdi.

Qaydaların yeni varinatında bu bəndlə bağlı dəyişiklik edilib. Bu dəyişikliyə əsasən, bu qaydanın tələbləri kütləvi və seriyalı istehsal olunan və ya 1960-cı ildən etibarən yaradılan, yaxud yaradılma tarixindən asılı olmayaraq, “Mədəniyyət haqqında” qanunun 30.4-cü maddəsində nəzərdə tutulan ekspertizanın nəticəsinə əsasən mühafizə olunan mədəni sərvətlərin siyahısına daxil edilməyən mədəniyyət məhsullarına (suvenirlər daxil olmaqla) şamil edilməyəcək.

Qaydalara edilən yeni əlavəyə əsasən, bu qaydanın 3.3-cü bəndində nəzərdə tutulan mədəniyyət məhsullarının üzərində qeyd olunmuş seriya nömrəsi, istehsalçının adı və ya müəllif barədə məlumat, məhsulun yaradılma tarixi, yaxud ekspertizanın nəticəsinə dair arayış onların ixracı üçün əsas olacaq.

AzVision.az


Teqlər: sənət   sərgi   qastrol  





Xəbər lenti