AZAL sərnişinlərə xəbərdarlıq edib

AZAL sərnişinlərə xəbərdarlıq edib
  05 Yanvar 2018    Oxunub:1669
Yanvarın 15-dən etibarən Azərbaycan Hava Yollarının (AZAL) bütün reyslərinə qeydiyyat bütün aeroportlarda uçuşa 60 dəqiqə qalmış bağlanacaq.
“Azərbaycan Hava Yolları” QSC-dən AzVision.az-a bildirilib ki, eyni zamanda, qeydiyyat uçuşa 3 saat qalmış açılacaq.

AZAL sərnişinlərdən hava limanında qeydiyyat üçün öncədən gəlmələrini xahiş edir. Həmçinin saytda pulsuz onlayn qeydiyyat xidmətindən istifadə edə biləcəklərini, baqajı olduqda isə onu “Baggage Dropoff” ekspress-masasında təhvil vermək imkanları olduğunu diqqətə çatdırır.

AzVision.az


Teqlər: AZAL  





Xəbər lenti