Horadiz əməliyyatının 24-cü ildönümü qeyd olundu - FOTOLAR

Horadiz əməliyyatının 24-cü ildönümü qeyd olundu - FOTOLAR
  05 Yanvar 2018    Oxunub:2851
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin uğurlu Horadiz əməliyyatından 24 il ötür.
AzVision.az-ın məlumatına görə, bu münasibətlə Horadiz əməliyyatında iştirak etmiş döyüşçülər Fəxri Xiyabanda mərhum prezident Heydər Əliyev və Zərifə Əliyevanın məzarlarını ziyarət ediblər.



Daha sonra Şəhidlər Xiyabanında hərbi hissənin zabiti, Milli Qəhrəman Elxan Zülfüqarovun və həmin döyüşlərdə şəhid olmuş döyüşçülərin məzarları ziyarət olunub.

Qeyd edək ki, Horadiz əməliyyatı 1993-cü ilin dekabrından başlayıb, 1994-cü ilin 6 yanvar tarixinə kimi davam edib. Bu döyüşdə Azərbaycan Ordusu Horadiz qəsəbəsini və Füzulinin 20 arazboyu kəndini, o cümlədən Cəbrayılın Cocuq Mərcanlı kəndini işğaldan azad edə bilib. 21 min hektar ərazi düşmən tapdağından xilas olunub.



Horadiz əməliyyatı Azərbaycan Ordusunun 1994-cü ilin qış kampaniyasında keçirdiyi ən uğurlu əməliyyatdır. Əməliyyatda misilsiz qəhrəmanlıq nümunələri göstərdiklərinə görə 8 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.















Anar Kəlbiyev
Foto:Elvin Abdulla

AzVision.az


Teqlər: Füzuli   Horadiz   Döyüş  





Xəbər lenti