Prezident yol tikintisinə pul ayırdı

Prezident yol tikintisinə pul ayırdı
  05 Yanvar 2018    Oxunub:1482
Prezident İlham Əliyev yanvarın 5-də “Saatlı rayonunun Saatlı–Dədə Qorqud–Əhmədbəyli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.
AzVision.az xəbər verir ki, dörd min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Saatlı–Dədə Qorqud–Əhmədbəyli avtomobil yolunun tikintisi məqsədilə dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 700 min manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident  





Xəbər lenti