Çaylarda suyun səviyyəsi azalıb

Çaylarda suyun səviyyəsi azalıb
  06 Yanvar 2018    Oxunub:1088
Respublika çaylarında sululuq səviyyəsi üzrə ilin ilk monitorinqinin nəticələri açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 140-150, Kiçik Qafqazın çaylarında 180-220, Lənkəran-Astara bölgəsi çaylarında 120, Naxçıvan MR çaylarında isə 220 faizini təşkil edib.

Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, yanvarın 05-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 211 m3/s olmaqla ongünlük normanın 129 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 147 m3/s olmaqla ongünlük normanın 90 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 4 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 70 m3/s olmaqla, ongünlük normanın 99 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 53 m3/s təşkil edərək ongünlük normanın 75 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, yanvarın 05-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 6, Şirvanda 8, Salyanda və Araz çayının Novruzlu məntəqəsində 4 sm artıb, lakin Bankə məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 394 sm (2017-ci il yanvarın 05-də 468 sm), Şirvanda 267 sm (2017-ci il yanvarın 05-də 377 sm), Salyanda 227 sm (2017-ci il yanvarın 05-də 331 sm), Bankədə 213 sm (2017-ci il yanvarın 05-də 251 sm), Araz çayının Novruzlu məntəqəsində isə 127 sm (2017-ci il yanvarın 05-də 188 sm) təşkil edir.

AzVision.az


Teqlər: çay   ETSN  





Xəbər lenti