Zakir Həsənov ordu rəhbərliyini topladı, tapşırıqlar verdi - (FOTO)
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə xalqımıza təbrikində səsləndirilən fikirləri, eləcə də Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları xüsusi qeyd edən nazir, 2017-ci ildə cəbhə xəttindəki vəziyyətin təhlilini apararaq cari ildə qarşıda duran vəzifələri bir daha şəxsi heyətin diqqətinə çatdırıb.
General-polkovnik Z.Həsənov yeni tədris dövrünə hazırlıq məqsədilə qoşunların döyüş tapşırıqlarını yerinə yetirməyə daim hazır vəziyyətdə olması, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının təkmilləşdirilməsi, o cümlədən digər istiqamətlərdə komandir və rəis heyəti qarşısında müvafiq tapşırıqlar qoyub.
AzVision.az
Teqlər: Müdafiə-Nazirliyi Zakir-Həsənov Müşavirə