18 yeni vəkilə vəsiqələr təqdim edilib

18 yeni vəkilə vəsiqələr təqdim edilib
  06 Yanvar 2018    Oxunub:1651
Yanvarın 5-də Vəkillər Kollegiyasının üzvlüyünə qəbul olunan 18 vəkilə vəsiqələr təqdim edilib.
Vəkillər Kollegiyasının Rəyasət Heyətindən AzVision.az-a verilən məlumata görə, vəkillik fəaliyyəti haqqında qanunvericiliyin tələbinə uyğun olaraq şifahi müsahibədən uğurla keçən vəkillər tərkib etibarilə sabiq vəkillərdən, hakimlərdən, habelə hakimliyəqədərki dövrdə vəkillik fəaliyyəti ilə məşğul olan hüquqşünaslardan ibarətdir.

Tədbirdə çıxış edən Vəkillər Kollegiyasının sədri Anar Bağırov Azərbaycanda vəkilliyin vəziyyəti, vəkillik peşəsinin nüfuzunun artırılması istiqamətində görülən işlər və gələcək planlar barədə ətraflı məlumat verib.

Sonda vəkillərə vəsiqələr təqdim olunub.

A.Bağırov qurumun üzvlüyünə yeni qəbul edilən vəkillərə fəaliyyətlərində uğurlar arzulayıb, vəkillik peşəsində çalışarkən vəkil adını daim uca tutmalarını tövsiyə edib.

AzVision.az



Teqlər: Vəkillər-Kollegiyası   Vəkil   Vəsiqə  





Xəbər lenti