Ərdoğan Abdulla Gülə qarşı: "Səmimi deyil..."

  09 Yanvar 2018    Oxunub : 1139
Ərdoğan Abdulla Gülə qarşı: "Səmimi deyil..."

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sabiq ölkə başçısı Abdullah Gülü sərt tənqid edib.

AzVision.az-ın məlumatına görə, Ədalət və İnkişaf Partiyasının (AKP) qrup toplantısında çıxış edən Ərdoğan Gülü birliyi pozmaqda ittiham edib.

“Bu birliyi, bərabərliyi zədələyənlər bilsinlər ki, artıq karvanın səmimi sərnişinləri deyil. Biz bu yola sədaqətin əsas anlayış olduğunu bilərək çıxdıq. Qüsura baxmayın. Amma, bu qatardan düşənlər, düşdükləri yerdə qalarlar" - deyə Ərdoğan vurğulayıb.

Qeyd edək ki, Türkiyənin 11-ci prezidenti Abdullah Gül 15 iyul dövlət çevrilişinə cəhdi və terrorun qarşısının alınmasında iştirak edən mülki şəxsləri cinayət məsuliyyətindən azad edən qanuni qüvvəyə malik qərarı (Kanun Hükmünde Kararname) tənqid edib. Bundan sonra hakim Ədalət və İnkişaf Partiyası rəsmiləri ilə sabiq prezident Abdullah Gül arasında qarşılıqlı söz savaşı yaşanır. Hətta, Gülün 2019-cu ildə keçiriləcək prezident seçkilərində namizəd kimi iştirak edəcəyi bildirilir.

Kənan Məmmədov
AzVision.az

Teqlər: Ərdoğan   Abdulla-Gül