AzTA sədri: "Türklərin 80 faizi Azərbaycana işə görə gəlir"

AzTA sədri: "Türklərin 80 faizi Azərbaycana işə görə gəlir"
  09 Yanvar 2018    Oxunub:2195
Xəbər verdiyimiz kimi, 2017-ci ildə Azərbaycana 301 553 nəfər Türkiyə vətəndaşı səfər edib. Bu rəqəmlər 2016-cı illə müqayisədə azdır. Ümumilikdə isə ötəl il Türkiyədən Azərbaycana gələnlərin sayında 11 790 nəfər azalma müşahidə edilib.

Azərbaycan Turizm Assosasiyasının (AzTA) sədri Nahid Bağırov AzVision.az-a bildirib ki, Türkiyədən Azərbaycana gələn şəxslərin əksəriyyəti iş adamlarıdır.
“Turizm növləri müxtəlifdir: iş turizmi, xizək turizmi, ekoturizm və s. Türkiyədən ölkəmizə gələnlərin əksəriyyəti iş adamları və Azərbaycanda biznesləri olan türk vətəndaşlarıdır. Bu şəxsləri müəyyən mənada turist hesab etmirəm”.

N.Bağırov qeyd edib ki, Türkiyə vətəndaşlarının 80 faizi Azərbaycana işlə bağlı səfər edir: “Türkiyədən Azərbaycana gələn turistlərin sayının azalması bizdən asılı olan məsələ deyil. Say azalması bizim Türkiyədə təbliğatımızın zəif olması və xidmətin normal olmaması ilə bağlı deyil. Əksinə Azərbaycana turizm məqsədilə gələn türklərin sayında ciddi artım var. Onların Bakıya, bölgələrimizə marağı artıb”.

Aytən Zəhra
AzVision.az


Teqlər: AzTA  





Xəbər lenti