Nazir tapşırıq verdi: Alpinistlər tapılanadək axtarışlar davam etdiriləcək

Nazir tapşırıq verdi: Alpinistlər tapılanadək axtarışlar davam etdiriləcək
  09 Yanvar 2018    Oxunub:5229
Quba rayonunda dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışları onlar tapılanadək davam etdiriləcək.

Bunu Qubada itkin düşmüş alpinistlərin axtarışı ilə bağlı yaradılan qərargahda keçirilən əməliyyat müşavirəsində fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağızadə deyib.
Nazir müavini bildirib ki, bununla bağlı nazir Kəmaləddin Heydərovun göstərişi var. Alpinistlər tapılanadək axtarış-xilasetmə əməliyyatları davam etdiriləcək.

Qeyd edək ki, Quba rayonda dağlıq ərazidə itkin düşmüş “Gilavar” idman klubunun 3 üzvü - 1983-cü il təvəllüdlü Namin Bunyatov, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənin axtarışları davam etdirilir.

AzVision.az


Teqlər: FHN   Alpinist  





Xəbər lenti