Ac ermənilər küçələrə axışır: "Hakimiyyət xalqı öldürür" (VİDEO)

Ac ermənilər küçələrə axışır: "Hakimiyyət xalqı öldürür" (VİDEO)
  10 Yanvar 2018    Oxunub:8950
Ermənistanda yenidən etiraz aksiyaları alovlanır.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, ermənilər sosial-iqtisadi vəziyyətin pisləşməsindən, qiymətlərin bahalaşmasından şikayət edirlər.
Narazı kütlə 19 yanvar tarixində etiraz yürüşünə başlayacaq. “Yelk” fraksiyasının keçirdiyi aksiyaya yüzlərlə şəxsin qatılacağı bildirilib. Sarkisyan rejiminin uğursuz siyasətindən bezən vətəndaşlar sonadək mübarizə aparacaqlarını bəyan ediblər. Onların fikrincə, hakimiyyətin məqsədi xalqı öldürməkdir.



Qiymətlərin kəskin bahalaşması insanların vəziyyətini daha da pisləşdirib. Onlar normal qidalana bilmədiklərini diqqətə çatdırıblar. Təqaüdçülər isə aldıqları pulun dərmanlarına çatmadığını söyləyiblər.

Çətin həyat şəraiti insanları ölkəni tərk etməyə məcbur edir. Gənclər və orta yaşlı insanlar qazanc dalınca Rusiya və digər ölkələrə üz tuturlar.


Alpər Mövlüdoğlu
AzVision.az


Teqlər: Ermənistan   Etiraz  





Xəbər lenti