AXC-nin 100 illiyi ilə bağlı beynəlxalq konfrans keçiriləcək

AXC-nin 100 illiyi ilə bağlı beynəlxalq konfrans keçiriləcək
  11 Yanvar 2018    Oxunub:2851
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı beynəlxalq konfrans keçiriləcək.
Tarix İnstitutundan AzVision.az-a verilən məlumata görə, konfrans aprelin 11-dən 15-dək Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu və Türkiyə Cümhuriyyəti “Atatürk” Araşdırma Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutacaq. Konfransda “XX əsrdə Azərbaycan xalqına qarşı soyqırımları”, “1914-1920-ci illərdə Şərqi Anadolu, Urmiya, Salmas, Xoy bölgələrində türk-müsəlman əhaliyə qarşı soyqırımları” və “XX əsrdə Qafqaz, Volqaboyu və Mərkəzi Asiya xalqlarına qarşı soyqırımları və deportasiyalar” bölmələrində məruzələr dinləniləcək.

Konfransın materialları çap olunacaq və iştirakçılara paylanılacaq. Məqalələr kodlaşdırılmalı (Azərbaycan, rus və ingilis dillərində açar sözlər, rus və ingilis dillərində xülasələrlə birlikdə) və fevralın 15-dək Təşkilat Komitəsinə göndərilməlidir. Məqalələrin həcmi 8-10 səhifədən artıq olmamalı və elektron variant [email protected][email protected] e-mail ünvanlarına göndərilməlidir.

Məqalənin mətni Microsoft Word 2007-2010-da Times New Roman şrifti ilə yığılmalıdır. Şriftin ölçüsü 14, sətirlərarası interval 1,5, sol tərəfdən məsafə 3 sm, sağdan 1 sm, yuxarı və aşağıdan isə 2 sm olmalıdır. Məqalələrin adının üstündə sağda müəllifin adı və soyadı, altında isə çalışdığı müəssisənin, təşkilatın və şəhərin adı, elmi dərəcəsi və elmi adı qeyd olunmalıdır.

AzVision.az


Teqlər: AXC   Tarix-İnstitutu  





Xəbər lenti