Qanunsuz “qohumlaşma”: Ermənilərin Fransa əyalətlərilə “dostluq” yaratmaq cəhdlərinin hüquqi əsası yoxdur

Qanunsuz “qohumlaşma”: Ermənilərin Fransa əyalətlərilə “dostluq” yaratmaq cəhdlərinin hüquqi əsası yoxdur
  11 Yanvar 2018    Oxunub:3027
Bu günlərdə ermənilərin növbəti şousuna və qaragürühuna şahidlik etməkdəyik. Ermənistan hakimiyyəti ölkə daxilində baş verən sosial gərginliklər, xarici siyasət və cəbhədəki ardıcıl uğursuzluqları, həmçinin, işsizlik və yoxsulluğun artması, məşğulluğun aşağı düşməsi fonunda, ağır şəraitdə yaşayan erməni əhalisinin diqqətini yayındırmaq məqsədilə hər cür yalan və uydurmalara əl atmaqdadır.
İndi də Fransanın müxtəlif şəhərlərində “Qarabağ günləri”nin keçirilməsi (əslində isə dilənçilik etməklə ianə toplamaq), Ermənistanın işğal altında saxladığı Azərbaycan rayonları ilə Fransanın müxtəlif prefekturaları arasında “qardaşlaşma”, “bacılaşma”, “qohumlaşma” əlaqələrinin qurulduğuna dair məlumatlar manşetlərdən düşmür.

Etiraf edilməlidir ki, həqiqətən də Fransanın bir neçə şəhəri, hətta kəndi ilə belə “sənəd” imzalanıb. Amma gəlin görək bu “sənəd”lərin hüquqi və siyasi əhəmiyyəti varmı? Sualın ən düzgün cavabını Fransanın xarici işlər və daxili işlər nazirləri tərəfindən birgə imzalanmış rəsmi sənəddə (https://azvision.az/redirect.php?url=http://circulaires.legifrance.gouv.fr/pdf/2015/07/cir_39830.pdf) tapmaq mümkündür.

Belə ki, 2 iyul 2015-ci ildə həmin nazirliklərin prefekturalara göndərdiyi birgə imzalı sənəddə bu cür fəaliyyətin qadağan olunduğu xüsusi vurğulanıb və bəzi rəsmi orqanların internet səhifəsində yerləşdirilib (legifrance.gouv.fr). Eyni zamanda, Fransa rəsmiləri Azərbaycan tərəfi ilə görüşlərində qeyd olunan qadağanı əyalət rəhbərliyinə daim xatırlatdığını və qanunsuz təşəbbüslərin qarşısını almaq üçün müvafiq işlərin aparıldığını diqqətə çatdırıb. Sənəddə o da qeyd olunur ki, Fransanın xarici siyasəti mərkəzi hökumət tərəfindən müəyyən edilir və yerli orqanların belə səlahiyyəti yoxdur.

Görəsən aclıq və səfalətdən əziyyət çəkən, xarici ölkələrə qaçmaq üçün yollar axtaran Ermənistan vətəndaşları üçün belə “sənəd” imzalansa nə dəyişəcək, imzalanmasa nə olacaq? Yüz belə “sənəd” bir çörəyi almaq üçün lazım olan 234 drama (0.80 AZN) dəymir.

Günel İbrahimova
AzVision.az


Teqlər: #Fransa   #Ermənistan  





Xəbər lenti