Siyasi partiyalar MSK-ya hesabat verəcəklər

Siyasi partiyalar MSK-ya hesabat verəcəklər
  11 Yanvar 2018    Oxunub:2134
Azərbaycan Mərkəzi Seçki Komissiyasında (MSK) siyasi partiyaların 2017-ci il üzrə maliyyə hesabatlarının qəbul edilməsinə başlayıb.
AzVision.az-ın məlumatına görə, qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə aprel ayının 1-dən gec olmayaraq, MSK-ya təqdim etməlidirlər.

Mərkəzi Seçki Komissiyası bu müddətdə illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.

Azərbaycanda dövlət qeydiyyatına alınan 55 siyasi partiyadan 45-i Mərkəzi Seçki Komissiyasına (MSK) 2016-cı il üzrə maliyyə hesabatını təqdim edib. Bu partiyalardan 31-nin hesabatı boş olub.

Elvin Abdulqədirov
AzVision.az



Teqlər: MSK  





Xəbər lenti