Naxçıvanda təyyarə ilə 300 minə yaxın sərnişin daşınıb

  12 Yanvar 2018    Oxunub : 552
Naxçıvanda təyyarə ilə 300 minə yaxın sərnişin daşınıb
2017-ci il ərzində yerli hava xətləri ilə 287 min 790 sərnişin, 4 milyon 818 min 480 kiloqram baqaj və 35 min 310 kiloqram poçt daşınıb.
AzVision.az xəbər verir ki, bu barədə Naxçıvan Beynəlxalq Hava Limanında keçirilən iclasda deyilib.

Bildirilib ki, Beynəlxalq daşımalarda Naxçıvan-İstanbul istiqamətində 3 min 852 nəfər sərnişin və 54 min 570 kiloqram baqaj, Naxçıvan-Moskva istiqamətində isə 4 min 240 nəfər sərnişin və 57 min 870 kiloqram baqaj daşınıb.

Ötən il aviasiya təhlükəsizliyi, sərnişin və yüklərin nəzarət yoxlamalarının yerinə yetirilməsi üçün aerovağzal kompleksində 2 ədəd yüksəkkeyfiyyətli nəzarət-yoxlama avadanlığı quraşdırılıb, şəxsi heyətin etibarlı radiorabitə əlaqəsinin təmin olunması üçün müasir radiostansiyalar alınıb gətirilib.

AzVision.az

Teqlər: Naxçıvan   Təyyarə   Sərnişin