Bakı dünyada ən çox bəyənilən 5-ci şəhərdir

Bakı dünyada ən çox bəyənilən 5-ci şəhərdir
  12 Yanvar 2018    Oxunub:3078
Turistlər arasında populyar olan “Lonely Planet” portalı qeyri-adi arxitekturasına görə həvəskar turistlərin bəyənəcəyi şəhərlərin siyahısını açıqlayıb.

AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, reytinq ilk növbədə dünyanın arxitektura mərkəzləri – Paris, Nyu-York və Londonda olan və yeni marşrutlar axtaran şəxslər üçün hazırlanıb.
Bakı reytinqdə beşinci yeri tutub. Reytinqi hazırlayanlar turistlərə İçərişəhərdə gəzməyi, Qız qalası və Heydər Əliyev Mərkəzini ziyarət etməyə məsləhət görür.

Reytinqdə ilk pilləni Barselona tutub. İkinci yerdə isə Türkiyənin ən böyük şəhəri olan İstanbul gəlir. Növbəti yerləri müvafiq olaraq Roma və Şanxay tutur.

“Lonely Planet” ekspertləri qeyri-adi arxitekturasına görə, həvəskar turistlərin bəyənəcəyi şəhərlərin siyahısına həmçinin Braziliya, Oksford, Mayami, Mumbay və Çikaqonun da adını əlavə edib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Bakı   Turizm   Şəhər  





Xəbər lenti