Rusiya DİN: Azərbaycan təhlükəsiz ölkədir

Rusiya DİN: Azərbaycan təhlükəsiz ölkədir
  12 Yanvar 2018    Oxunub:3142
Rusiya Daxili İşlər Nazirliyi əməkdaşların və mülki qulluqçularının istirahətə gedə biləcəyi və onların təhlükəsizlikdə olacağı ölkələrin siyahısını təsdiqləyib.

AzVision.az “Regnum”a istinadən xəbər verir ki, siyahını Rusiya DİN rəhbəri Vladimir Kolokolçev təsdiq edib.
Kolokolçev tərəfindən imzalanan siyahıda Azərbaycanın da adı yer alıb:

Siyahıda Azərbaycanla yanaşı Ermənistan, Belarus, Vyetnam, Qazaxıstan, Qırğızıstan, Çin, Kuba, Tacikistan, Türkmənistan, Özbəkistan və Gürcüstanın işğal altın ola əraziləri – Cənubi Osetiya və Abxaziya da qeyd olunub.

Vurğulanıb ki, məzuniyyətlər Daxili İşlər Nazirliyi əməkdaşları və mülki qulluqçularının ölkədən getmək barədə raport və ərizələrindən sonra veriləcək.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Rusiya   Azərbaycan  





Xəbər lenti