6 marşrutun son dayanacağı dəyişdirilir

6 marşrutun son dayanacağı dəyişdirilir
  12 Yanvar 2018    Oxunub:2121
Yanvarın 13-ü səhər saatlarından “Dərnəgül” Nəqliyyat Mübadilə Mərkəzi sərnişinlərimizin istifadəsinə veriləcək.
Bakı Nəqliyyat Agentliyindən (BNA) AzVision.az-a verilən məlumata görə, bununla əlaqədar 100, 108, 123,134, 147, 155 (bu xətt yaxın vaxtlarda ləvğ edilərək 108 nömrəli xəttə birləşdiriləcək) marşrut xətlərinin son dayanacaq məntəqəsi “Dərnəgül” NMM-nə köçürülüb.

Nəzərdə tutulan fəaliyyət planına uyğun olaraq yaxın vaxtlarda 6,8, 45 və 71 nömrəli marşrut xətti üzrə də avtobusların “Dərnəgül” NMM-nə hərəkət etməsi təmin olunacaq.

AzVision.az


Teqlər: Nəqliyyat   BNA  





Xəbər lenti