Goranboyda tapılan 104 yaşlı qadın Çeçenistana göndərilib

Goranboyda tapılan 104 yaşlı qadın Çeçenistana göndərilib
  12 Yanvar 2018    Oxunub:3404
Goranboyda küçədə tapılan 104 yaşlı Mədinə Əliyeva Çeçenistana göndərilib.

Bu barədə AzVision.az-a “Tereza Ana” sığınacağından məlumat verilib.
Bildirilib ki, Mədinə Əliyeva Azərbaycan Daxili İşlər Nazirliyi və Çeçenistandan olan nümayəndəliyin köməkliyi ilə bu ölkəyə yola salınıb.

"Ona Bakıda lazım olan müvafiq tibbi yardım göstərilib. Lakin qadın Çeçenistanda yaşamaq istəyib”, - deyə sığınacaqdan bildirilib.

Qeyd edək ki, Yeni il bayramı ərəfəsində 104 yaşlı çeçen əsilli Mədinə Əliyeva Goranboy rayonunda tapılıb. Qadının bildirdiyinə görə, onu Mərbəla adı ilə Goranboya gətiriblər.

Aytən Zəhra
AzVision.az


Teqlər: Çeçenistan  





Xəbər lenti